Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Federal Penitensiar Xidməti və İstintaq Komitəsində çalışan 15 generalı vəzifəsindən azad edib.
Bu barədə Kreml rəhbərinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, vəzifədən azad edilən generalların yerinə təyinat olub. Vəzifədən uzalaşdırılanlar arasında fövqəladə hallar nazirinin müavini Vladlen Aksenov da var.
Generalların vəzifələrindən azad edilməsinin səbəbi açıqlanmayıb.