24 Sentyabr 2018 17:01
2 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən axşam Rusiyanın Perm əyalətində “qanuni oğru” “Vova Vaqon”un meyiti aşkar edilib.

Teleqraf.com rus mediasına istinadla xəbər verir ki, 54 yaşlı “Vova Vaqon” ləqəbli Vladimir Vagin saxlanıldığı kamerada ölü tapılıb.

Permdə polis əməkdaşını öldürdüyünə görə həbs edilən Vladimir 1995-ci ildə Kalininqradda həbs olunduğu zaman “Vova Vaqon” ləqəbi ilə “qanuni oğru” statusu əldə edib.

O, Ded Xasan ləqəbli Aslan Usoyanın “slavyan ailəsi”ndə ən etibarlı adamı hesab olunurdu.

2009-cu ildə küçə davası zamanı DİN akademiyasının məzununu bıçaqladığına görə Dubaya “həmkar”ı Vadik Belıyın yanına qaçan Vladimir 2014-cü ildə ölkəsinə qayıdır. Cəzasının yüngül olacağına əmin olan “qanuni oğru” 2015-ci ildə 1 il 9 ay müddətində azadlıqdan məhrum edilir.

Lakin daha sonra əyalət prokurorunun ərizəsi əsasında onun cəzası 7 il yarıma qədər uzadılır.

Ehtimallara əsasən, “Vova Vaqon” xüsusi sifariş əsasında kamerasında asılaraq öldürülüb.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər