22 Avqust 2014 19:13
1 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveç Şərqi Avropa ərazisində NATO-nun daimi hərbi bazalarının yaradılması əleyhinədir.

Bu barədə Norveçin Baş naziri xanım Erna Sulberqin NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verilib.

Mətbuat konfransında Erna Sulberq qeyd edib ki, Norveç NATO-nun şərq ərazilərində güclənməsində maraqlıdır.

Hökumətin başçısı onu da bildirib ki, hərbi əməliyyatların keçirilməsi planlarına əməl edilməsi qanunauyğun və vacibdir, Şimali Atlantika müqaviləsinin beşinci maddəsini nəzərə alsaq, bu sənəddə alyansın tərkibinə daxil olan ölkələrin kollektiv işinin əsas prinsipləri dəqiq göstərilib.

Bu, xüsusilə ötən əsrin 90-cı illərində NATO-ya qoşulan ölkələrə aiddir. Lakin Norveç hər halda bu ərazilərdə daimi hərbi bazaların yaradılması təşəbbüsünü dəstəkləməyib.

AzərTAc


Müəllif:

Oxşar xəbərlər