Kamerunda orta məktəbə hücum zamanı 79 şagird və 3 müəllimə qaçırılıb.
Teleqraf.com xəbər verir ki, hadisə Kamerunun Bamenda şəhərində, dünən səhər saatlarında baş verib.
Qaçırılan şagirdlər 10-14 yaş arasındadır.
Hadisədən dərhal sonra polis və ölkə ordusu geniş çaplı hərbi əməliyyatlara başlayıb.
Hələlik heç bir təşkilat baş verən cinayətin onun tərəfindən həyata keçirildiyini açıqlamayıb.