ABŞ Suriyanın şimal sərhədi boyunca bir neçə bölgədə müşahidə məntəqəsi yaradacaq.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə naziri Ceyms Mettis məlumat yayıb.
Onun sözlərinə görə, Bəşər Əsəd Rusiya və İranın dəstəyi ilə Suriyada qətliam törədir və ölkəni bölür: “Terror təhdidi Suriya ilə sərhəddə olan NATO üzvü Türkiyəni narahatlığına səbəb olan məsələlərdəndir. Türkiyə NATO-nun ortağıdır və Əsəd rejiminin terror təhdidinə qarşı qayğılarına biganə deyilik. Suriyanın şimalında bir neçə bölgədə müşahidə məntəqəsi qururuq. Bu, hazırda dəyişiklikdir. Bu məntəqələri yaratmaqla ən azı nə isə müşahidə etsək, Türkiyəni məlumatlandırmaq istəyirik. Bu məsələdə Türkiyə ilə yaxın işbirliyimiz var”, - deyə nPentaqon rəhbəri qeyd edib.