28 Noyabr 2018 14:06
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Daxili İşlər Nazirliyi prezident seçkilərinin ikinci turu zamanı “Pirveli” telekanalının əməkdaşına fiziki təzyiq edilməsi ilə bağlı istintaq başladıb.

Teleqraf.com xəbər verir ki, jurnalistə paytaxt Tiflisdə keçmiş prezident Mixail Saakaşvilinin partiyasının əleyhinə keçirilmiş mitinqdə təzyiq edilib.

Jurnalist 2 qadına seçicilərin avtobuslarla niyə regionlara aparılması və onların harada qeydiyyatdan keçdiyi haqda sual verib.

Jurnalistin hərəkətlərindən qıcıqlanan qadınlar telefonunu əlindən alaraq, onu vurmağa başlayıblar.

Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsi (“ Zorakılıq”) üzrə istintaq başlayıb. Lakin DİN jurnalistin adını açıqlamaqdan imtina edib.

Qeyd edək ki, bu gün Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər