8 Dekabr 2018 10:51
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş dövlət katibi Reks Tillerson Prezident Donald Trampı “intizamsız”, “mütaliəni sevməyən” və “diqqətsiz” adlandırıb.

Teleqraf.com xəbər verir ki, Tillersin dövlət katibi olarkən Trampın ondan qanunsuz işlər görməyi tələb etdiyini də söyləyib.

Keçmiş dövlət katibi Amerika prezidentinin özündən başqa heç kəsə inanmadığını dilə gətirib:

“Tramp çox vaxt instinktlə hərəkət edir və qərarları tələsik verir. Əslində isə tələskən olmaq istəmir. Tez-tez “bunu belə etmək istəyirəm” deyirdi. Mən də ona “cənab prezident, bu qanunsuzluqdur” cavabını verirdim. Qanunları pozmağa meyillidir”.

Prezident Tramp isə Reks Tillersona Tvitter üzərindən cavab verib.

O, paylaşımında “Mayk Pompeo yaxşı işləyir. Sələfi Reks Tillerson kimi mental düşüncəyə sahib deyil. Bir qaya qədər axmaq idi, ondan tezliklə qurtula bilmədim. Dəhşətli dərəcədə tənbəl idi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər