9 Dekabr 2018 23:55
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin əməkdaşları öz fəaliyyətində bütün müasir formalardan və alətlərdən istifadə edirlər.

Bu haqda idarənin direktoru “Rossiya 1” telekanalına müsahibəsində idarənin direktoru Sergey Narışkin bildirib.

O, mobil telefonlar, sosial şəbəkələr və nağdsız haqq-hesabların bu alətlərdən bir hissəsi olduğunu bildirib. Xarici Kəşfiyyat Xidmətinin direktoru etiraf edib ki, özü internetdən və mobil telefondan ancaq xidməti kabinetindən kənar istifadə edir. Narışkinin sözlərinə görə, işə gələndə telefonunu söndürür.

Narışkin həmçinin bildirib ki, onun idarəsi praktik olaraq bütün qitələrlə kəşfiyyat əməkdaşlığı edir.

Qeyd edək ki, Sergey Narışkin 2016-cı ilin oktyabrından Xarici Kəşfiyyat Xidmətinə başçılıq edir.


Müəllif: Mənbə/Publika.az

Oxşar xəbərlər