Tasmaniyada 6 il ərzində sürüdən yad düşüb sərbəst dolaşan və heç vaxt qırxılmadığı güman edilən qoyunun təqribən 20 kiloqram çəkisində yunu olduğu deyilir.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, itmiş hesab edilən qoyun qəflətən Peter və Netty Hazel-in fermalarında peyda olub.
Fermer çütlüyü qoyuna Shaun ləqəbini verib. Fermerlər deyirlər ki, qırxıldıqdan sonra heyvanın ən çox yuna malik qoyun olub-olmadığı müəyyən ediləcək.