11 Yanvar 2019 00:32
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın neft naziri Bijen Namdar Zengenenin rəhbərlik etdiyi nümayəndə heyəti İraqa səfər edib.

Teleqraf.com xəbər verir ki, nümayəndə heyətini İraqın baş naziri Adil Abdulmehdi qəbul edib.
İraq hökumətinin yaydığı məlumatda bildirilir ki, görüşdə iki ölkə arasındakı dərin əlaqələri daha da gücləndirmək, xüsusilə də neft və qaz sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

İran neft naziri Zengenenin ABŞ dövlət katibi Mayk Pompeonun Bağdad səfərindən bir gün sonra İraqa getməsi diqqət çəkir.

Pompeo Abdulmehdi ilə ötən günki görüşündə ABŞ-ın İraqın enerji müstəqilliyinə dəstək verdiyini bildirərək Bağdadın İrandan asılılığının azaldılmasının vacibliyini vurğulayıb.


Müəllif: Teleqraf.com