11 Yanvar 2019 22:09
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Suriya ilə sərhəd zonasına xüsusi təyinatlıları göndərib.

Teleqraf.com xəbər verir ki, xüsusi təyinatlılar Suriyanın İdlib əyaləti ilə həmsərhəd bölgədə yerləşən ordu qruplaşmasını gücləndirəcəklər.

Qeyd edək ki, bu ərazidə müxalif qüvvələr və terror qruplaşmaları fəaliyyət göstərir.

Ankara bu qərarı Türkiyənin dəstəklədiyi Suriya müxalifəti ilə “Həyat Təhrir əş-Şam” qruplaşmasının terrorçuları arasında baş vermiş toqquşmalardan sonra qəbul edib.


Müəllif: Teleqraf.com