12 Yanvar 2019 23:40
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika və Avropa ölkələri miqrantlara qarşı ciddi tədbirlər gördüyü bir vaxtda Kanada növbəti 3 il üçün 1 milyondan çox qaçqın qəbul etməyə hazır olduğunu elan edib.

Teleqraf.com xəbər verir ki, Kanada parlamentinin qəbul etdiyi qərara əsasən, qarşıdan gələn 3 il müddətinə ölkə 1 milyondan çox qaçqına qucaq açacaq.

Qanun layihəsinə görə, 2019-cu ildə 350, 2020-ci ildə 360, 2021-ci ildə isə 370 min miqrantı ölkə qəbul edəcək.

Qeyd edək ki, Kanada hər il qaçqın qəbul etməklə bağlı kvotanı artırır. Buna səbəb işçilərlə təqaüd alanlar arasında yaranan qeyri proporsional durumdur.

2035-ci ilə qədər ölkədə 5 milyon işçi qüvvəsinin təqaüdçü olacağı proqnoz edilir. Eyni zamanda ölkədə insan artımı ilə bağlı problemlər müşahidə olunur, əksər ailələrdə yalnız 1 uşaq doğulur.


Müəllif: Cavad