12 Yanvar 20:29
454

Ukrayna Türkiyədən “Bayraqdar TB2” model dronlar alır.

Teleqraf.com xəbər verir ki, bu məlumatı Ukrayna Prezidenti Petro Poroşenko özünün Feysbuk hesabında yayıb.

O əlavə edib ki, əldə olunan razılığa əsasən, Ukrayna Türkiyədən “Bayraqdar TB2” model 12 ədəd dron alacaq.

Prezident bununla əlaqədar artıq Türkiyə tərəfi ilə anlaşma imzalandığını da ifadə edib.

Poroşenko bu model dronların əməliyyat və taktiki döyüşlərdə yüksək texnoloji imkanlara malik olduğunu, habelə zirehli texnika, dənizdəki hədəfləri məhv etmək imkanı olduğunu qeyd edib.

Ukrayna ordusunun NATO standartları çərçivəsində yeni silahlar əldə edəcəyini söyləyən prezident əlavə edib ki, Türkiyə ilə əldə edilən razılaşma iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın bir hissəsidir.


Müəllif: Cavad