12 Yanvar 2019 23:12
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Mayk Pompeo və Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, onlar Suriyadakı vəziyyəti müzakirə ediblər.

Bu barədə Dövlət Departamentinin rəsmisi Robert Palladino bildirib. Nazirlər ABŞ-ın Suriyadan qoşunlarının çıxardılmasının bir hissəsi kimi iki ölkələr arasında məsləhətləşmələrin vacibliyini qeyd ediblər.

Pompeo telefon danışığında həmçinin Türkiyə-Suriya sərhədində Türkiyənin təhlükəsizlik məsələlərinin həll olunması məsələsinə ABŞ-ın sadiq olduğunu deyib. Pompeo bundan başqa ABŞ və İŞİD-lə mübarizə aparan beynəlxalq koalisiya ilə işləyən qüvvələrin də müdafiə olunmasının lazım olduğunu bildirib.


Müəllif: