14 Yanvar 2019 14:19
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanda 4 il hakimiyyətdə olmuş koalisiya hökuməti çöküb.

Teleqraf.com xəbər verir ki, koalisiyada iştirak edən Müstəqil Yunanıstan Partiyasının (ANEL) lideri, müdafiə naziri Panos Kammenos istefa verib.

Nazir Yunanıstanla Makedoniya arasında ad problemi səbəbindən 27 ildir gərgin olan vəziyyətin “Prespa Razılaşması” ilə yumşaldılmasına qarşı çıxıb.

Panos Kammenos bildirib ki, “Makedoniya problemi”nə görə nazir postundan istefa verir və hökumətə olan dəstəyini geri çəkir. O, “Prespa Razılaşması”na əsasən Makedoniyanın Şimali Makedoniya Respublikası adlandırılmasına qarşı çıxır.

Yunanıstanın baş naziri Aleksis Çirpas isə bildirib ki, bu həftə içində parlamentdən dəstək istəyəcək. O deyib ki, parlamentdən etimad dəstəyi alacağına inanır və seçkilər bu il keçiriləcək.

Baş nazir həmçinin Evanelos Apostolaksi müdafiə naziri təyin edib.

Qeyd edək ki, 300 nəfərlik Yunanıstan parlamentində baş nazirin lideri olduğu Radikal Sol Koalisiyanın 145 deputatı var. Baş nazirin hakimiyyətdə qalması üçün əlavə olaraq 6 deputatın ona dəstək verməsi lazımdır.


Müəllif: Cavad