15 Yanvar 2019 14:21
2 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin internetdən media və ən son xəbərləri izləmək üçün istifadə edir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov Vladimir Putinin çox mütaliə etdiyini də bildirib:

“Prezidentin masasında çoxlu qəzetlər və jurnallar var. Çox oxuyur. Təyyarədə də oxuyur. İnternetdən uzaq dayanmır, xəbərləri özü izləyir.

Prezident təyyarəsi internetlə təchiz edilib. Bundan başqa, mətbuat xidməti də onun üçün müxtəlif analitik materiallar hazırlayır. Vaxt olduqca televiziyaları da izləyir. Bəzən avtomobildə, bəzən təyyarədə, bəzən də gecə vaxtı evində…”.

Dmitri Peskov Putinin mediada özü haqda yayılan məlumatları da izlədiyini qeyd edib:

“Bəzən müəyyən xəbərlər haqda materialın hazırlanması təlimatını verir. Rəsmi xəbər mənbələri də genişdir”.


Müəllif: Mənsur Rəğbətoğlu