16 Yanvar 2019 14:02
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Leninqrad vilayətində "Poliplast" zavodunda partlayış baş verib.

Hadisə nəticəsində azı 3 nəfər yaralanıb.

İlkin məlumatlara əsasən, zavodda yanacaq-sürtkü materiallarının olduğu çəllək partlayıb.

Partlayışdan sonra zavodda güclü yanğın baş verib. Yanğın ümumilikdə 50 kv.m ərazini əhatə edib.

Hazırda yanğın lokallaşdırılıb. Yanğına səbəb kimi texniki təhlükəsizlik qaydalarının pozulması göstərilir./trend/


Müəllif: Teleqraf.com