17 Yanvar 2019 08:28
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstanın yeni Prezidenti Salome Zurabişvili Tvitter mikrobloqunda yazıb ki, fərd olaraq Ukrayna kilsəsinin müstəqilliyini dəstəkləyə bilərdi, ancaq bir prezident olaraq bunu etməkdən çəkinir, gürcü kilsəsinin qərarını gözləyir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri politoloq Erkin Qədirli bildirib.

Onun sözlərinə görə, Salome Zurabişvili bunu nə üçün yazdığı aydın deyil:

“Hakim elitanın içində basqımı var, Qərbmi tələb edir, gürcü kilsəsini tələsdirməkmi istəyir, yoxsa başqa məqsəd və ya səbəbi var? Bilinmir. Görünür, Ukrayna kilsəsinin müstəqilliyi Gürcüstanın iç siyasətində əlavə risklər yaratmağa başlayır”.


Müəllif: Nərgiz