17 Yanvar 2019 00:30
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Trampla sonuncu danışığımızda əsas müzakirə mövzusu ABŞ hərbçilərinin Suriyadan çəkilməsi və bunda sonra müştərək addımlarımız müzakirə olunub".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xorvatiya prezidenti Kolinda Grabar Kitaroviçlə görüşdən sonra keçirdiyi mətbuat konfransında qeyd edib.

Ərdoğan qeyd edib ki, Türkiyə-Suriya sərhədində 20 mil məsafədə təhlükəsizlik bölgəsinin yaradılması da Trampla müzakirə olunub: "Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik. Eyni zamanda təhlükəsizlik bölgəsinin yaradılması da bizim üçün vacibdir. Türkiyənin kürdlərə qarşı fərqli siyasət yürütməsi tamamilə uydurma xəbərdir. Biz Kobanidən 300 min kürdü ölkəmizə qonaq dəvət edirik".


Müəllif: Teleqraf.com