17 Yanvar 2019 15:00
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın “Yüz ilin sülh planı” açıqlanıb.

Teleqraf.com xəbər verir ki, İsrailin “Resher 13” telekanalının iddiasına görə, plan işğal altındakı Qərbi Şeria ərazisinin 90 faizinin Fələstin nəzarətinə verilməsini nəzərdə tutur.

ABŞ rəsmilərinə istinadla iddia edilir ki, Qərbi Şeriada yəhudi məskənləri boşaldılacaq, aparılan inşaat işləri dayandırılacaq.

Plana əsasən, fələstinlilərin müqəddəs saydıqları məkanların heç biri Fələstinə verilməyəcək.

Qüdsdə hasarla əhatə olunan qədim şəhər İsrailə qalacaq, ancaq əraziyə Fələstin və İordaniya tərəfindən birgə nəzarət olunacaq.

Çoxu ərəblərdən ibarət Şərqi Qüdsün gələcəkdə Fələstin dövlətinin paytaxtı kimi qəbul ediləcəyi də iddia olunur. Ancaq planda Qəzza haqqında hər hansı bir informasiya yer almır.

Hələlik İsrail və Fələstin rəsmiləri bu iddialara rəsmi münasibət bildirməyiblər.


Müəllif: Cavad