17 Yanvar 2019 17:56
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin may may ayında İsraildə (Təl-Əviv) keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində Rusiyanı müğənni Sergey Lazarev təmsil edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Super.ru portalı məlumat yayıb.

Müğənni bundan əvvəl 2016-cı ildə İsveçdə keçirilən müqabiqədə də Rusiyanı təmsil etmişdi.

O, növbəti dəfə yunan bəstəkarlar və xoreoqraflardan ibarət heyətə başçılıq edən Dilip Kirkorov tərəfindən yarışa hazırlaşdırılacaq.

Rus mediası Lazarevin həmkarı Dima Bilanın uğurunu təkrarlayacağına inanır.

Dima Bilan 2008-ci ildə Serbiyada keçirilmiş “Avroviziya” müsabiqəsində “Believe me” mahnısıyla in qalibi olub.


Müəllif: Mənsur Rəğbətoğlu