19 Yanvar 2019 12:46
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

”Türkiyə üçün yaratdığımız problemləri həll etməliyik”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyəyə səfər edən amerikalı senator Lindsey Qraham deyib.

Senator Türkiyənin ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri olduğunu qeyd edib:

“Müttəfiq Türkiyəni qorumalı və Suriyada Türkiyə üçün yaratdığımız YPG/PKK problemini həll etməliyik. YPG-nin siyasi qolu (PYD) PKK-ya bağlıdır. Detallar açıq formada ortadadır”.

Qeyd edək ki, hazırda Türkiyədə olan Lindsey Qraham səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu və müdafiə naziri Hulusi Akarla görüşüb.


Müəllif: Mənsur Rəğbətoğlu