19 Yanvar 2019 20:07
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filippinin ən zəngin adamı, “SM Investments Corporation”-nun (SMIC) sahibi Henri Si 94 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, SMIC idarə heyətinin başçısı və oğlu Xose Si bu barədə yayılan məlumatları bu sözlərlə təsdiq edib:

“Dünyanın daha yaxşı vəziyyətə gəldiyinə inanan xoşbəxt insan idi. Ən önəmlisi o, mərhəmətli ata və inanclı idi”.

Səhhətində heç bir problem olmayan milyarder gecə yatıb ayılmayıb.

Adı “Forbes”in ən zəngin adamlar siyahısında olan Henri Si 18.3 milyard dollarlıq sərvətin sahibi idi.


Müəllif: Mənsur Rəğbətoğlu