19 Yanvar 2019 21:55
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyadakı ABŞ hərbi qüvvələri İŞİD terror təşkilatından qaçan ailələri bombardman edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriya mediası məlumat yayıb.

Suriyanın rəsmi xəbər agentliyi “Səna” ABŞ hərbi qüvvələrinin Suriyanın şərq bölgələrindəki yaşayış massivlərində hərbi əməliyyat keçirdiyini bildirib.

Deyr-əz-Zor vilayətinin Bağuz Aliya şəhərinə edilən hücumlarda 20-dən çox insan həyatını itirib. Ölənlər arasında qadın və uşaqlar da var.

Agentlik ABŞ qüvvələrinin bu əməliyyatları İŞİD terror təşkilatı ilə mübarizə çərçivəsində bəhanə edərək keçirdiyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu