20 Yanvar 2019 19:16
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın hazırkı prezidenti Əşrəf Qani 2019-cu ildə keçiriləcək prezident siçkiləri üçün namizədliyini irəli sürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Əfqanıstanda prezidenti öz "Twitter" səhifəsində yazıb.

Ə.Qani bildirib: "Əmrullah Saleh və Sərvər Danişlə birgə namizədliyimi iyul seçkiləri üçün qeydiyyatdan keçirmək mənim üçün şərəfdir. Çünki biz - dövlət qurucuları komandasıyıq, bizim diqqətimiz bundan sonra da güclü, müstəqil dövlətin qurulmasında cəmləşəcək. Bu səylərdə biz xalqımıza xidmət edən dövlətin qanuniliyini təhlükəyə atmayacağıq".

Qeyd edək ki, Əfqanıstanda prezidenti seçkiləri iyulun 20-si keçiriləcək. Müstəqil Seçki Komissiyasının qrafikinə əsasən, namizədlərin qeydiyyatdan keçmə prosesi yanvarın 20-si bitəcək.


Müəllif: Teleqraf.com