21 Yanvar 2019 07:35
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ evin rəhbəri Donald Trampla telefon söhbəti edib.

Teleqraf.com xəbər verir ki, Türkiyə və Amerika liderləri Suriyanın şimal-şərqində təhlükəsizlik zonasının yaradılması prosesinin sürətləndirilməsi barədə razılaşıblar.

Bundan əlavə, Tramp və Ərdoğan İŞİD-in yerdə qalan yaraqlılarının məhv edilməsi üzrə birgə səy göstərəcəklərinə vəd veriblər.

İki ölkə prezidenti yanvarın 15-də də Suriyadakı vəziyyətlə bağlı müzakirələr aparıblar.


Müəllif: Teleqraf.com