21 Yanvar 2019 16:33
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Təbriz şəhərinin Ümumi Məkanlara Nəzarət İdarəsi aktrisalara həyat yoldaşları, yaxud atalarının icazəsi olmadan səhnəyə çıxmağı qadağan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Güney Azərbaycandan olan yazıçı Əli Puriyan məlumat yayıb.

Yazıçı bildirib ki, sözügedən idarə teatrlarda tamaşaların nümayişinə icazə verməsi üçün yeni şərt irəli sürüb:

“Qərara əsasən, qadın aktrisaların səhnəyə çıxması üçün ər və ya atalarının yazılı şəkildə razılığı olmalıdır, əks halda onlar tamaşada rol ala bilməz”.

Qurumun qərarı sosial şəbəkələrdə gülüş obyektinə çevrilib.


Müəllif: Mənsur Rəğbətoğlu