21 Yanvar 2019 17:10
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın məşhur professoru Mixail Ağacanov 1996-cı ildə oğlu İosifi vəhşicəsinə öldürərək ömürlük həbsdə olan Mher Yenokyanı azad edən baş nazir Nikol Paşinyana yenidən çağırış edib.

Teleqraf.com erməni mətbuatına istinadla xəbər verir ki, Mixail Ağacanov Nikol Paşinyanla görüş üçün müraciət ünvanlayıb:

“Mən görüş haqqında dəfələrlə bildirmişəm, oğlumu amansızlıqla öldürən Mher Yenokyanın əfvi ilə barışa bilmirəm. Vəhşicəsinə öldürülən İosif Ağacanovun atası, əməkdar elm xadimi və nəhayət, erməni kimi şəxsi görüş üçün 10 dəqiqə vaxt ayırmanızı istəyirəm”.

Qeyd edək ki, bundan öncəki müraciətində professor yeganə oğlunun qatili ilə bir ölkədə yaşaya bilməyəcəyini söyləyərək Paşinyana böyük səhvə yol verdiyinə dair ultimatum göndərmişdi.

Xatırladaq ki, ölkədə 20-dən çox ömürlük həbsdə olan şəxsdən yalnız Mher Yenokyanın azadlığa buraxılması cəmiyyətdə də narazılıqla qarşılanıb.


Müəllif: Nərgiz