22 Yanvar 2019 14:13
3 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlamış senator Kamala Harris qondarma erməni soyqırımı ilə bağlı Konqresə müraciət edib.

Teleqraf.com xəbər verir ki, o, məlum müraciətində Konqresi qondarma soyqırımı tanımağa çağırıb.

Harris bildirib ki, ABŞ dövləti “soyqırım”dan xilas olan amerikalı ermənilərə sığorta pulu ödəməli və “soyqırım”ın zərərlərini hesablamalıdır.

Lakin senator ABŞ-da fəaliyyət göstərən erməni diaspora təşkilatı Amerika Erməniləri Milli Assambleyasının (ANCA) Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sorğusunu cavabsız qoyub.

Kamala Harris təşkilat rəhbərliyinin işğal altındakı Dağlıq Qarabağ bölgəsinin müstəqilliyini tanıyıb-tanımadığı barədə ünvanladığı suala cavab verməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər