23 Yanvar 2019 09:42
2 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da atasının saxlanıldığını görən azyaşlı qız əllərini havaya qaldıraraq polisə tərəf hərəkət edib və təslim olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, bu hadisənin görüntüləri ABŞ-da ciddi marağa səbəb olub.

Video görüntülərin yayılmasından sonra cəmiyyətdə polis qorxusu tənqid edilib. Nəticədə polis məcbur qalaraq açıqlama verib, qeyd edib ki, uşağı sakitləşdirmək üçün əlindən gələni əsirgəməyib.

Uşağın atası oğurluqda şübhəli bilinir. Uşağın əllərini qaldıraraq polisin üstünə getməsi əvvəlcə çaşqınlıq yaradıb.

Lakin sonra polis qızın əllərini endirib, anasına icazə verib ki, uşağı götürsün.


Müəllif: Cavad