23 Yanvar 2019 16:35
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri zamanı Vladimir Putinlə görüşü Kreml tərəfindən tərtib edilmiş proqrama daxil edilməyib.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov qeyd edib ki, bu barədə məsələ Putinlə razılaşdırılmayıb:

“Məlumdur ki, tez-tez telefonla danışırlar, çox az görüşürlər. Lakin səfər tarixinə qədər planın dəyişib-dəyişməyəcəyini də bilmirəm”.

Qeyd edək ki, Ermənistan baş naziri yanvarın 24-25 tarixlərində Moskvada səfərdə olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu