24 Yanvar 2019 07:55
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuelada hökumət əleyhinə etiraz aksiyaları davam edir.

Ötlkənin Taçira ştatında etiraz aksiyaları zamanı 2 nəfər həlak olub, 16 nəfər isə xəsarət alıb.

Beləliklə, ölkə ərazisində etiraz aksiyalarında ölənlərin sayı 6 nəfər çatıb.

Xatırladaq ki, daha əvvəl Barinas ştatında aksiyalar zamanı 4 nəfərin öldüyü bildirilirdi.

Qeyd edək ki, Venesuelanın bir neçə şəhərində prezident Nikolas Maduroya qarşı müxalifətin təşkil etdiyi etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı etirazçılarla polis və Milli Qvardiya əməkdaşları arasında toqquşmalar baş verir.


Müəllif: Mənbə/Trend