31 Yanvar 2019 14:25
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsəd rejiminin və Suriya Qızıl Aypara Təşkilatının Fəratın şərqinə göndərdiyi humanitar yardım karvanı YPG terror təşkilatı tərəfindən dayandırılıb.

Teleqraf.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin Suriyadakı komandanı Sergey Solomatin bu faktı təsdiq edib.

General Solomatin bildirib ki, Əsəd rejimi Ərəb Qızı Aypara Dərnəyinin Fəratın şərqindəki Hacin məntəqəsinə humanitar yardım göndərilməsinin təşkilatçısı olub.

Ancaq YPG terror təşkilatı buna əngəl olub.

Rus general əlavə edib ki, humanitar karvanda su, qida, dərman və tibbi ləvazimatlar olub.

Ancaq humanitar konvoy El-Hüseyniyə məntəqəsində YPG tərəfindən dayandırılıb və konvoyun geri qayıtmasını tələb olunub.


Müəllif: Cavad

Oxşar xəbərlər