Almaniya kansleri Angela Merkel Rusiyanın Ukraynaya təcavüzünü pisləyib.
Teleqraf.com-un Ukrayna saytlarına istinadən verdiyi xəbərə görə, Ukrayna prezidenti Pyotr Poroşenko A.Merkel ilə bu gün telefonla ölkəsindəki vəziyyəti müzakirə edib.
P.Poroşenko Ukraynanın Avropa İttifaqına üzv olduğunu və ittifaqın bu münaqişənin həlli üçün yardımına ehtiyacı yarandığını deyib. A.Merkel öz növbəsində bu məsələnin avqustun 30-da Avropa Şurasının iclasında müzakirəyə çıxarılacağını deyib. O xüsusilə qeyd edib ki, Aİ həmişə Ukraynanın yanında olacaq.
Samir