Əfqanıstanın müxtəlif rayonlarında gün ərzində aparılan əməliyyatlar zamanı "İŞİD - Xorasan" terror qruplaşması və radikal "Taliban" hərəkatının azı 30 yaraqlısı məhv edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Khaama Press" agentliyi məlumat yayıb.
"Nanqarhar əyalətinin Hocani rayonunda koalisiyanın endirdiyi hava zərbələri nəticəsində "İŞİD - Xorasan"ın iki yaraqlısı öldürülüb, daha 7 yaraqlı isə Bəlx əyalətinin Şamtal qəzasında və Hilmənd əyalətinin Vaşer qəzasında aparılan analoji əməliyyatlar zamanı məhv edilib", - deyə agentliyin həmsöhbəti bildirib.
Həmçinin koalisiya qüvvələrinin Qazni əyalətində apardığı əməliyyat zamanı "Taliban"ın 4 yaraqlısı məhv edilib.
Bundan əlavə, Əfqanıstan hərbçilərinin Tarinkot şəhərində apardığı əməliyyat zamanı "Taliban"ın 13 yaraqlısı zərərsizləşdirilib. Daha 4 talib isə Kunar və Paktiya əyalətlərində öldürülüb.