1 Sentyabr 2014 14:36
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanda hökumət əleyhinə aksiyaların davam etdiyi bir vaxtda etirazçılar hökumət binasını ələ keçirib.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, etirazlar zamanı polislərin gözyaşardıcı qaz və dəyənəklərdən istifadə etməsi qarşı tərəfi daş və molotov kokteyli ilə cavab verməsi ilə nəticələnib. Toqquşma zamanı polis rəisinin də aralarında olduğu beş polis ilə 15 vətəndaşın yaralandığı bildirilib.

Korrupsiyada ittiham edilən baş nazir Navaz Şərifin istefasını tələb edən etirazçılar dövlət televiziyasının binasını da ələ keçiriblər və yayımı dayandırıblar.

Xatırladaq ki, N.Şərif ona yönələn ittihamları əsassız hesab edir.

Samir


Müəllif:

Oxşar xəbərlər