21 Oktyabr 12:06
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa prezidenti Emmanuel Makron Yaxın Şərqdəki münaqişə ilə bağlı dəqiq mövqe ortaya qoya bilmir. Bu da onun regiondakı siyasətinə zərbə vurur.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri Fransanın keçmiş diplomatlarına istinadən məlumat yayıb.

Nəşr fransalı keçmiş diplomatın sözlərindən sitat gətirib: “Prezidentin çevrəsindəki bəzi məmurlar İsrail, digərləri isə Fələstin tərəfdarıdır. Makronun regiondakı münaqişə ilə bağlı mövqeyi pkimə qulaq asmasından asılı olaraq bir gün ərzində dəyişə bilər”.

Nəşrin mənbəsinin qeyd etdiyi kimi, ölkə rəhbərinin mövqeyi onun kiminlə danışmasından asılıdır:

"Belə ki, Makron inkişaf etməkdə olan ölkələrin nümayəndələri ilə söhbətində Fələstini dəstəkləyən mövqe tutur, İsrailin baş naziri Benyamin Netanyahu ilə söhbətində isə yəhudi dövlətinin təhlükəsizliyindən narahat olduğunub vurğulayır".

“Politico” qeyd edir ki, Makronun qeyri-müəyyən mövqeyi onun regiondakı vəziyyəti həll etmək üçün mümkün vasitəçi kimi effektivliyinə şübhə yaradır.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər