21 Oktyabr 11:05
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Mələkxanım Əyyubova Bakı Mühəndislik Universitetinin dizayn kafedrasının müəllimi, rəssam Aygün İlyasovanın Beynəlxalq Muğam Mərkəzində "Oyanış" adlı fərdi yaradıcılıq sərgisində iştirak edib.

Xalq artisti Teleqraf.com-a açıqlamasında Aygün İlyasovanı mənəvi qızı hesab etdiyini vurğulayıb:

"Aygünü mənəvi övladım hesab edirəm. Və həmin illərdən fanatım imiş və məni çox sevirmiş. Biz bir-birimizi ilk dəfə görəndə sanki illərdir tanış idik. Biz ana-bala kimiyik.

Aygünlə Nəzrin çox doğmalaşdılar. O, ailəmin bir övladına çevrilib. Hətta Aygünlə Nəzrin bir-birinə o qədər bənzəyirlər, hər kəs onları bacı hesab edir. Mənim Aygünə olan sevgim böyükdür. Onun hər bir uğuruna bir valideyn, müəllim kimi sevinirəm. Hər zaman onun yanındayam. Ona xoşbəxtlik və yaradıcılığında yeni-yeni uğurlar arzu edirəm".

Rəssam-bloger Nəzrin Nəcəfova isə deyib: "Uzun zamandır bu günü gözləyirdim. Aygünlə 12 ildir rəfiqəyiq. O, istedadlı, zəhmətkeş və əməksevərdir. Onunla qürur duyuram və çox sevinirəm".

Aygün İlyasova da sərgisi haqqında danışıb: "Məsuliyyətli, sevincli və xoş günümdür. Ümid edirəm ki, bu məsuliyyəti doğruldacam".

Qeyd edək ki, sərgi rəssamın 30 illik yubiley və hesabat tədbiridir. Tədbirdə realistik və abstrak üslubda əsərlər nümayiş olunub. Sərgini əks etdirən əsas rəmz Simurq quşudur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər