İraqda ötən ay ərzində terror qurbanlarının sayı 420 nəfərə çatıb.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Birləşmiş Millətlər Təşkilatı açıqlama yayıb.
Məlumatda bu vaxt ərzində 1370 nəfərin yaralandığı və “İŞİD”-in apardığı terror əməliyyatları nəticəsində 600 min nəfərin köçdüyü bildirilib.
BMT-nin İraqdakı təmsilçisi Nikolay Mladenov bildirib ki, “İŞİD” və onlara bağlı qruplar tərəfindən minlərlə adam ya etnik, ya da dini səbəblərə görə terror qurbanı olur.
Xatırladaq ki, ölkədə yaşanan şiddət səbəbindən iyulda 1737 və iyunda 2400 nəfər həyatını itirib.
Samir