Şənbə günü Meksikanın paytaxtındakı xəstəxanalardan birində baş verən partlayış nəticəsində 14 nəfərdən artıq adam yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Meksika prokurorluğu məlumat yayıb.
İlkin məlumatlara görə, xəsarət alanlardan 9-u qadın, 5-i kişidir. Partlayışın səbəbi məlum deyil. İlkin məlumata görə, xəstəxanada azot və kislorodun sızması baş verib. Nəticədə onların qarışığı partlayışa səbəb olub.