3 Sentyabr 2014 10:25
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika hava qüvvələri tərəfindən İraqda həyata keçirilən əməliyyatda “İraq Şam İslam Dövləti” (İŞİD) qruplaşmasına aid 16 zirehli maşın vurulub.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) tərəfindən verilən qısa açıqlamada əməliyyatların Mosul bəndi yaxınlığında reallaşdığı bildirilir. Məlumatlarda ABŞ tərəfinin hücumları itkisiz başa vurduğu deyilir.

Bununla da ABŞ ordusunun “İŞİD”-ə qarşı keçirdiyi hava əməliyyatlarının sayı 124-ə çatıb.

Samir


Müəllif: