16 Aprel 2019 16:38
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil etməsindən sonra bu gün səhər saatlarından etibarən SEPAH-a bağlı “Qüds Briqadası”nın komandanı Qasım Süleymaninin rəsmi İnstaqram hesabına giriş mümkün olmayıb.

Teleqraf.com xəbər verir ki, bundan öncə də Qasım Süleymaninin səhifəsi İnstaqramın qaydalarına zidd paylaşımlar etdiyinə görə bir neçə dəfə bloklanıb.

Sosial şəbəkə bunun səbəbini açıqlamasa da, general Süleymaninin səhifəsinin SEPAH-ın ABŞ-ın terror təşkilatları siyahısına daxil edilməsinə görə bloklandığı ehtimal edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər