Böyük Britaniyanın baş naziri Devid Kameron ABŞ prezidenti Barak Obama ilə İraq-Şam İslam Dövlətinə (İŞİD) qarşı birgə mübarizəyə razılaşıblar.
Teleqraf.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, NATO sammiti ərəfəsində Böyük Britaniya və ABŞ liderləri təkbətək görüş keçirib. Görüş zamanı bır sıra məsələlər müzakirə olunub.
Dövlət rəhbərləri İŞİD-in bu hərəkətini “vəhşilik” adlandırıb və dünya ölkələrini bu terror təşkilatına qarşı mübarizədə birləşməyə çağırıb.
Rusiyanın Ukraynaya müdaxiləsinə münasibət bildirən liderlər Avropanın bu məsələyə dərhal müdaxilə etməsinin vacibliyini qeyd ediblər.
Samir