27 Aprel 2019 07:05
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şri Lankada 26 aprel tarixində polis əmakdaşları və milli ordunun əsgərləri naməlum şəxslər tərəfindən atəşə tutulub.

Teleqraf.com xəbər verir ki, nəticədə azı 15 nəfər həlak olub.

Hadisə gizli emalatxanaların müəyyən edilməsi ilə bağlı keçirilmiş reydlər zamanı baş verib.

Atışma Şri Lankanın Kalmunay şəhərində olub. Daha sonra həmin şəhərdə üç partlayış qeydə alınıb. Partlayışlarda ölən və yaralananlarin olması haqqında məlumat verilmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər