Efiopiyanın keçmiş prezidenti Neqasso Qidada 76 yaşında dünyasını dəyişib.
Axar.az xəbər verir ki, bu barədə AFP informasiya yayıb.
Məlumata görə, eks-prezident Almaniyada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Neqasso Qidada 1995-2001-ci illərdə ölkəyə rəhbərlik edib.