5 May 2019 23:01
1 373
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 5-də Rusiyanın Murmansk vilayətindən gələn "Aeroflot" aviaşirkətinə məxsus "Sukhoi Superjet 100" (SSJ-100) sərnişin təyyarəsi paytaxt Moskvanın "Şeremetyevo" hava limanına qəza enişini edən zaman yanmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində 13 nəfər ölüb.

"SU-1492" reysini yerinə yetirən "RA-89098" bort nömrəli "SSJ-100" tipli təyyarə Bakı vaxtı ilə saat 18:50-də havaya qalxıb, lakin ardınca təcili eniş etmək istədiyi bildirib.

Təyyarə yalnız ikinci cəhddə eniş edə bilib. Bu zaman göyərtəsində 73 sərnişin və 5 heyət üzvü olan təyyarə yanmağa başlayıb. Onun quyruq hissəsi tamamilə məhv olub.

Aeroportda operativ qərargah yaradılıb.

Ölkənin İstintaq Komitəsi hava nəqliyyatının istismarı üçün təhlükəsizlik qaydalarının pozulması ilə əlaqədar cinayət işi açıb.

Həmçinin Nəqliyyat Prokurorluğu təyyarənin yanması faktı ilə bağlı yoxlamalara başlayıb.

"Şeremetyevo" hava limanı uçuş-eniş zolağını müvəqqəti olaraq bağlayıb.

***19:58

Moskvanın Şeremetyevo hava limanında "Moskva – Murmansk" reysi ilə hərəkət edən sərnişin təyyarəsi eniş zamanı yanmağa başlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "360" nəşri "Telegram-kanal"ında məlumat yayıb.

Telekanalın məlumatına görə, hadisəyə göyərtədə yanğın səbəb olub.

Təyyarədə olan 78 sərnişin təxliyyə edilib. Onlardan 1 nəfər ölüb, 5-i xəsarət alıb. Əraziyə 10 "təcili yardım" maşını cəlb edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər