7 May 2019 16:49
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın ikinci prezidenti Robert Köçəryan, keçmiş müdafiə naziri Seyran Ohanyan, KTMT-nin sabiq baş katibi Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Gevorqyanın cinayət işi üzrə keçiriləcək məhkəmənin hakimi müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, İrəvan məhkəməsində prosesi David Qriqoryan idarə edəcək.

Bundan əvvəl isə hakim Vardan Qriqoryan bu təklifi rədd etmişdi. Buna görə o, sabiq dövlət rəsmilərini müdafiə etməkdə ittiham olunub.

Qeyd edək ki, məhkəməyə çıxarılacaq şəxslər 2008-ci il martın 1-də İrəvanda hakimiyyət əleyhinə keçirilmiş dinc aksiyalar zamanı ölümlə yadda qalan qanlı olayları təşkil etməkdə ittiham olunur.

Adı cinayətə qarışmış bu şəxslər habelə 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində baş vermiş soyqırımın təşkilatçılarıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər