Türkiyənin məşhur müğənnisi Kənan Doğulunun boşanmadıqlarına dair açıqlamasından sonra keçmiş sevgilisi ilə fotosunu paylaşan aktrisa Beren Saata İnstaqram izləyiciləri sərt təpki verib.
Teleqraf.com xəbər verir ki, Kənan Doğulu uzun zamandır boşanacaqlarına dair iddialara son nöqtə qoyub.
O, jurnalistlərə açıqlamasında boşanmayacaqlarını deyərək, hər şeyin qaydasında olduğunu vurğulayıb. Kənan Doğulunun həyat yoldaşı Beren Saat isə onun açıqlamasına ilginc reaksiya verib. Aktrisanın İnstaqram hesabında keçmiş sevgilisi Efe Gürayla birgə fotosunu paylaşması sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.
Bir çox insan aktrisanın paylaşımının doğru olmadığını yazaraq, onu insafsız adlandırıb. Beren Saata hələ də Kənan Doğulu ilə evli olduğu xatırladılıb.