7 Sentyabr 2014 09:17
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin baş naziri Əhməd Davudoğlu ötən gün bu vəzifədə Konyaya ilk səfərini edib.

Teleqraf.com-un məlumatına görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri və Konya millət vəkili Əhməd Davudoğlunun rəhbərliyi ilə qurulan 62-ci hökumətin Böyük Millət Məclisinin (TBMM) təsdiqlənməsindən sonra, baş nazir partiya mərkəzindəki proqramda iştirak edib. Daha sonra baş nazir təyyarə ilə doğulduğu Konyaya gedib.

Davudoğlunu baş nazir köməkçisi Bülənt Arınc ilə keçmiş baş nazir köməkçisi Bəşir Atalay müşayiət edib. Hava limanında partiya nümayəndələri tərəfindən qarşılanan baş nazir həyat yoldaşı və onu müşayiət edən heyəti ilə birgə baş nazirliyin avtobusuna minərək şəhər mərkəzindəki tədbir meydanına hərəkət ediblər.

Davudoğlunu müşayiət edən avtomobil karvanında qəza baş verib. Qəzada avtomobil karvanının rahat hərəkət etməsinə səy göstərən yol polisinin də olduğu maşını arxadan gələn avtobuslardan biri vurub.

Qəzada hər iki avtomobilə ziyan dəysə də, xəsarət alan olmayıb.


Müəllif:

Oxşar xəbərlər