Yəməndə bədəvilərin hücumu nəticəsində ölkənin ən iri neft kəməri partladılıb.
Teleqraf.com-un lenta.ru saytına istinadən verdiyi xəbərə görə, hücum Marib əyaləti Abid Vali kəndi yaxınlığında baş verib. Borunun xeyli hissəsi dağıdıldığından yanacağın nəqli dayandırılıb.
Xatırladaq ki, bu Marib əyalətində neft kəmərinə olan ilk hücum deyil. Yəmənin cənubunda bədəvilər daim polislərə hücum edir, infrastrukturu yararsız hala salır. Hökumət iddia edir ki, bədəvilər "Əl-Qaidə" ilə sıx əlaqəlidir.
Bədəvilər də islamçılar ilə əlaqəsini inkar edir və öz ərazilərinin müstəqilliyi uğrunda çalışdıqlarını bildirir.
Samir